Qətər, Misir və ABŞ İsrail və HAMAS-ı atəşkəs danışıqlarını dərhal bərpa etməyə çağırıb

Qətər, Misir və ABŞ İsrail və HAMAS-ı atəşkəs danışıqlarını dərhal bərpa etməyə çağırıb
# 09 avqust 2024 03:30 (UTC +04:00)

Misir, Qətər və ABŞ liderləri İsrail və HAMAS hərəkatını avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını dərhal bərpa etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani, Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Co Baydenin birgə bəyanatında deyilir.

“Biz hər iki tərəfi 15 avqust - Cümə axşamı günü Doha və ya Qahirədə təcili danışıqları bərpa etməyə, qalan boşluqları doldurmağa və heç bir gecikmə olmadan sazişin icrasına başlamağa çağırırıq”, - deyə bəyanatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR