Bank Of Baku

Qrossi Zaporojye AES-ə baş çəkmək niyyətindədir

Qrossi Zaporojye AES-ə baş çəkmək niyyətindədir
# 26 yanvar 2024 05:46 (UTC +04:00)

AEBA-nın baş direktoru Rafael Qrossi yaxın iki həftə ərzində Zaporojye AES-ə baş çəkəcək.

APA-nın xəbərinə görə, bu barədə Qrossinin BMT Təhlükəsizlik Şurasında bəyanatına istinadən məlumat verilib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rəhbəri bildirib ki, AEBA Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri 102 missiya həyata keçirib.

"Mən şəxsən onlardan səkkizində iştirak etmişəm, və yaxın iki həftə ərzində təkrar Zaporojyeyə gecəm" - Qrossi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR