Bank Of Baku

Quterreş: Rusiya ilə Ukrayna arasında danışıqlar yaxın vaxtlarda baş tutmayacaq

Quterreş: Rusiya ilə Ukrayna arasında danışıqlar yaxın vaxtlarda baş tutmayacaq
# 20 dekabr 2022 04:01 (UTC +04:00)
Rusiya ilə Ukrayna arasında danışıqlar yaxın vaxtlarda baş tutmayacaq.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında deyib. Onun sözlərinə görə, BMT əsirlərin mübadiləsinin sürətləndirilməsində maraqlıdır.

Quterreş Rusiyanın Ukraynaya qarşı müharibəsinin 2023-cü ildə bitəcəyinə ümid edir.

“Qısa müddətdə sülh danışıqları üçün imkanlar görmədiyimi deyəndə, 2023-cü ili nəzərdə tutmadım. Mən həqiqətən ümid edirəm ki, 2023-cü ildə biz Ukraynada sülhə nail ola biləcəyik”, - deyə BMT-nin baş katibi yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR