Pakistanda 6,4 bal gücündə zəlzələ baş verib

Pakistanda 6,4 bal gücündə zəlzələ baş verib
# 08 fevral 2017 02:22 (UTC +04:00)

Pakistanın cənub-qərbində 6,4 bal gücündə zəlzələ baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar UTC vaxtı ilə 22.03-də (Bakı vaxtı ilə 02.03-də) qeydə alınıb. Zəlzələ Pasni şəhərindən 14 km qərbdə baş verib. Zəlzələnin episentri yerin səthindən 40 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və qurbanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR