Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıb

Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıb
# 17 oktyabr 2017 22:28 (UTC +04:00)

Gəncə sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. APA-nın verdiyi xəbərə görə, şəhərin Məhsəti qəsəbə sakini 1991-ci il təvəllüdlü Verdiyev Xəyal bədənin müxtəlif hissələrinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətin kafi olduğu bildirilir.

İlkin məlumata görə, X.Verdiyev qonşusu ilə mübahisə edən zaman bıçaq xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR