Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns arasında görüş olub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
N. Patruşev və U. Berns arasında görüş Moskvada keçirilib.
“Tərəflər ABŞ-Rusiya əlaqələrini müzakirə ediblər”, - məlumatda qeyd olunub.