Bank Of Baku

Rusiya və ABŞ bu həftə Uilanla bağlı məsləhətləşmələr keçirəcək

Rusiya və ABŞ bu həftə Uilanla bağlı məsləhətləşmələr keçirəcək
# 13 dekabr 2022 01:53 (UTC +04:00)

Rusiya və ABŞ nümayəndələri bu həftə yüksək səviyyəli məsləhətləşmələr aparacaqlar.

APA xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

Məsləhətləşmələr Rusiyada saxlanılan amerikalı Pol Uilanla bağlı olacaq.

“Uilan işi ilə bağlı Rusiya Federasiyası ilə əlaqəmizin olub-olmaması ilə bağlı suala gəlincə, bu həftə onlarla əlaqə saxlayacağıq. Mən bu barədə ətraflı danışmayacağam, çünki bütün bunları məxfi saxlamağa çalışırıq”,- deyə o bildirib.

Sallivan bildirib ki, hər şey planlaşdırılmış şəkildə davam edir və qarşı tərəflə əlaqə saxlanılıb, növbəti yüksək səviyyəli məsləhətləşmənin bu həftə baş tutacağı qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR