Bank Of Baku

Rusiya Yəmənlə bağlı BMT TŞ-nin təcili iclasını çağırıb - YENİLƏNİB

Rusiya Yəmənlə bağlı BMT TŞ-nin təcili iclasını çağırıb - YENİLƏNİB
# 12 yanvar 2024 10:40 (UTC +04:00)

Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hava zərbələri endirməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının cümə günü üçün təcili iclasını çağırıb.

APA BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

İclasın Nyu-York vaxtı ilə saat 10:00-a planlaşdırıldığı qeyd edilib.

Çərşənbə günü BMT TŞ Yəməndə husilərdən Qırmızı dənizdə üzən gəmilərə hücumların dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edilib. TŞ-nin daimi üzvləri olan Rusiya və Çin qətnamə ilə bağlı səsvermədə bitərəf qalıblar.

***

08:13

ABŞ və Böyük Britaniyanın Yəmənə hücumu ilə əlaqədar Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

APA-nın məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Birləşmiş Ştatların və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə əlaqədar yanvarın 12-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib”, - məlumatda bildirilir.

Xatırladaq ki, yanvarın 11-də BMT Təhlükəsizlik Şurası Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı ABŞ-ın təklif etdiyi qətnaməni qəbul edib. Sənəddə ərazidə gəmilərə hücumların dərhal dayandırılması tələbi yer alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR