Bank Of Baku

Rusiyalı diplomatların təxliyəsi üçün ABŞ-a təyyarə göndərilib

İL-96

© APA | İL-96

# 06 mart 2022 04:47 (UTC +04:00)

Rusiyalı diplomatları vətənə qaytarmaq üçün Vaşinqtona yollanan İl-96 tipli təyyarənin bir neçə saat sonra ABŞ-ın paytaxtına enməsi gözlənilir.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, təyyarə deportasiya olunan rusiyalı diplomatları və onların ailələrini Moskvaya gətirməlidir. Rəsmi Vaşinqton hava məkanını Rusiya təyyarələrinə bağlasa da, bu reys üçün xüsusi icazə verilib. Məqsəd təxliyə prosesini sürətləndirməkdir.

Rəsmi Vaşinqton BMT-də çalışan 12 rus diplomatı casusluqda ittiham edərək ölkədən çıxarıb. Rusiya XİN-in məlumatına görə, bu təşkilatda yüzdən çox rusiyalı diplomat işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR