Salvadorda elan edilmiş fövqəladə vəziyyət daha 30 gün uzadılıb.
APA xəbər veir ki, bu barədə prezident Nayib Bukele hökumətinin təqdim etdiyi təklif əsasən qərar verib.
Konqresdə 67 səslə qəbul fövqəladə hal aprelin 16-dək qüvvədə olub.
İndiyədək 66 mindən çox dəstə üzvünün saxlanıldığı fövqəladə vəziyyət çərçivəsində 2513 silah və 3167 nəqliyyat vasitəsinin müsadirə edildiyi qeyd edilib.
2022-ci il martın 27-də ölkədə ilk dəfə elan edilmiş fövqəladə vəziyyət bununla da ardıcıl 12-ci dəfə uzadılıb.
Salvadorlular dəstələrə qarşı mübarizədən razı qaldılar
Digər tərəfdən, "La Prensa Grafica" qəzetinin xəbərində Salvadorluların 92,5 faizinin Bukele hökumətinin quldur dəstələrinə qarşı mübarizəsindən razı qaldığı bildirilib.
Dəstələrə qarşı mübarizə məqsədilə tikilən və Amerika qitəsinin ən böyük həbsxanası olduğu deyilən “Terrordan Mühafizə Mərkəzi” fevralın 2-də prezident Bukele tərəfindən açılıb.
Hazırda ölkədəki həbsxana tutumunun 30 min civarında olduğu qeyd edilir.
MS13 dəstəsi məsuliyyət daşıyır
Martın 27-də El Salvadorda bir ay müddətinə fövqəladə vəziyyət elan edildi, sonra bu qərar hər ay yeniləndi.
Bukele iyunun 30-da silahlı qruplara qarşı müharibənin güclənəcəyini bildirib.