Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
# 14 oktyabr 2016 09:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

"APA-Economics" xəbər verir ki, "Azərbaycan hökuməti ilə İran hökuməti arasında Bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirə olunub.

Sazişə əsasən, tərəflər öz ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin meydana gəlməsi, həmçinin onlara qarşı mübarizə və nəzarət metodları ilə bağlı məlumatları mübadilə edirlər.

Hər bir razılığa gələn tərəf arasında karantin tətbiq edildiyi zərərli orqanizmlərin yayıldığı təqdirdə digər razılığa gələn tərəf mümkün qədər tez bir zamanda zərərli orqanizmlər və onların aradan qaldırılması və ya nəzarəti ilə bağlı tədbirlərlə bağlı məlumatlara təmin edilir.

"Razılığa gələn tərəflər bitki mühafizəsi və bitki karantin üzrə öz qayda və qanunlarının nüsxələrini fitosanitar və təkrar ixrac fitosanitar sertifikatlarını həmçinin karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını mübadilə edirlər. Razılığa gələn tərəf qeyd olunana qanunlar qaydalar və siyahı ilə bağlı hər hansı dəyişiklik zamanı digər razılığa gələn tərəfə dərhal məlumat verir", - deyə sazişdə bildirilir.

Bundan başqa, sazişə əsasən Azərbaycan və İran karantin tətbiq edilən zərərli orqanizmlərin digər razılığa gələn tərəfin ərazisinə keçməsinin qarşısının alınması üçün təftiş zəruri olduqda laboratoriya müayinələri bitki və bitkiçilik məhsullarının və onların nəqliyyat vasitələrinin işlənməsi kimi lazımı tədbirləri həyata keçirmək üçün bütün vasitələrdən istifadə edəcək.

Hər hansı bitki və bitkiçilik məhsullarının razılığa gələn tərəfin ərazisinə ixracı zamanı idxal edilən tərəfin bitki karantin tədbirləri tətbiq edilir. Karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını alınması və nəzarəti üzrə razılığa gələn tərəflər aşağıdakı hüquqlara malikdirlər:

1. Bitki və bitkiçilik məhsulları və digər tənzimlənən materialların idxalına aid olan əlavə bitki fitosanitar tədbirləri tələb etmək və müəyyən məhsulların idxalına məhdudiyyət və ya qadağa qoymaq və ya karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olması ilə bağlı xüsusi risk olduğu təqdirdə onların işlənməyə məruz qalması kimi prosedurları həyata keçirmək.

2. Bitkiçilik məhsullarının və tənzimlənən materialların idxalı üçün giriş məntəqələrini müəyyən və elan etmək

3. Öz ərazisində genetik modifikasiya olunmuş bitkilərin və zərərvericilərin bioloji mübarizə agentlərinin daxil olmasını məhdudlaşdırmaq və ya qarşısını almaq.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR