Konqres senatı Nikolas Berns ABŞ-ın Çindəki səfiri vəzifəsinə təsdiqləyib.
APA xəbər verir ki, görüş “C-SPAN” telekanalı tərəfindən yayımlanıb.
Səsvermə zamanı Berns sözügedən vəzifəyə təsdiqlənmək üçün kifayət qədər səs toplayıb.
Qeyd edək ki, Berns təqaüdə çıxmış diplomatdır. ABŞ Prezidenti Co Bayden avqustda onun ÇXR-ə səfir vəzifəsinə namizədliyini irəli sürüb.
O, 2005-2008-ci illərdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini, ondan əvvəl isə ölkənin NATO-dakı daimi nümayəndəsi olub.