Tovuz sakini yanıq xəsarəti alıb

Tovuz sakini yanıq xəsarəti alıb
# 27 iyul 2018 14:13 (UTC +04:00)

Tovuz rayon sakini yanıq xəsarətləri alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abulbəyli kənd sakini, 1962-ci il təvəllüdlü Qətibə Nəbiyeva bədənin müxtəlif nahiyələrinin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Məlumata görə, ehtiyatsızlıq nəticəsində qadının üzərinə qaynar su dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR