Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Bakıya gəlib

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Bakıya gəlib
# 04 dekabr 2017 06:33 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlib.

Bu barədə APA-ya Aİ-nin Azərbaycan nümayəndəliyinin siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib. O bildirib ki, səfər iki gün davam edəcək. Səfər çərçivəsində T.Klaarın prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşü gözlənilir.

Xatırladaq ki, T.Klaar bu il noyabrın 13-də bu vəzifəyə təyin olunub. O, 2014-cü il iyulun 8-dən bu vəzifədə olmuş səfir Herbert Zalberi əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR