Müdafiə naziri: “Yaponiya Şimali Koreyanın təxribatının qarşısını almağa hazırdır”

Müdafiə naziri: “Yaponiya Şimali Koreyanın təxribatının qarşısını almağa hazırdır”
# 10 avqust 2017 05:48 (UTC +04:00)

Şimali Koreya Quam adasında yerləşən ABŞ hərbi bazaları istiqamətində ballistik raket buraxsa Yaponiya özünümüdafiə qüvvələri həmin raketləri tutmağa hazırdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yaponiyanın müdafiə naziri İtsunori Onodera bəyan edib.

Yaponiya nazirlər kabinetinin baş katibi Yosixide Suqa isə ölkəsinin Şimali Koreyanın təxribatının qarşısını almağa hazır olduğunu vurğulayıb: “Aydındır ki, rəsmi Pxenyanın hərəkətləri həm bizim, həm də beynəlxalq aləmin təhlükəsizliyinə qarşı yönəlib. Biz bunu tamamilə qəbuledilməz sayırıq”.


Qeyd edək ki, Şimali Koreya ABŞ-a məxsus hərbi bazalar istiqamətində zərbələr endirməyi planlaşdırır. Hərbi plan dörd “Xvason-14” orta mənzilli ballistik raketin buraxılmasını nəzərdə tutur. Raketlər Yaponiyanın üç prefekturası üzərindən uçaraq Quam adasından 30-40 km aralıda okeana düşəcəklər. Bununla rəsmi Pxenyan ABŞ-ın Quam adasındakı hərbi bazalarını məhv etməyə qadir olması barədə Vaşinqtona siqnal ötürmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR