İstanbulda Çeçenistan FMX-nin sabiq rəhbərinin qızı saxlanılıb

İstanbulda Çeçenistan FMX-nin sabiq rəhbərinin qızı saxlanılıb
# 20 iyul 2018 04:13 (UTC +04:00)

Türkiyədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılıb.

APA-nın “Daily Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında Çeçenistan Federal Miqrasiya Xidmətinin sabiq rəhbəri Asu Dudurkayevin qızının da olduğu bildirilir.

Qəzetə görə, İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər iyulun 4-də İstanbulda saxlanılıblar.

Qeyd edək ki, 2013-cü ildə Çeçenistan rəhbəri Ramzan Kadırov qızı Suriyada terrorçuların sıralarında olduğu üçün A.Dudurkayevi istefaya göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR