Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 12% artıb

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 12% artıb
# 20 dekabr 2019 10:57 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 598 237,18 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64 160,12 min dollar və ya 12% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin on bir ayında Azərbaycandan Gürcüstana ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 82 698,48 min dollar və ya 18,41% artaraq 531 785,82 min dollar, idxalın həcmi isə 18 538,36 min dollar və ya 21,81% azalaraq 66 451,36 min dollar təşkil edib.

Nəticədə, 465 334,46 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 101 236,84 min dollar və ya 27,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR