Ağamusa Axundova həsr olunan beynəlxalq konfrans keçirilir

 Ağamusa Axundova həsr olunan beynəlxalq konfrans keçirilir
# 24 aprel 2017 09:52 (UTC +04:00)

Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə akademik Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçirilir.


APA-nın məlumatına görə, konfrans iştirakçıları II Fəxri Xiyabanda Ağamusa Axundovun məzarını ziyarət ediblər.


Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və yaradıcılığından danışıb. O, A. Axundovun dilçilik elminin klassiklərindən olduğunu, gənc yaşlarından elmlə yanaşı, pedaqoji fəaliyyətlə məşğul olduğunu, böyük tələbə ordusu yetişdirdiyini diqqətə çatdırıb: “Ağamusa Axundov elmi dairələrdə böyük hörmətə və nüfuza malik alim idi. O, təkcə filologiya elminin alimi yox, həm də Azərbaycanın dəyərli ziyalısı idi. Ağamusa müəllim dünyanın müxtəlif ölkələrində böyük konfranslarda iştirak edib, məruzələrlə çıxış edib və Azərbaycan elmini layiqincə təmsil edib”.


AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli A. Axundovun apardığı tədqiqatlar sayəsində Azrbaycanda dilçilk məktəbinin formalaşdığını diqqətə çatdırıb. O, alimin elm tariximizdə ilk dəfə olaraq 32 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi aldığını qeyd edib: “Bu, təkcə Azərbaycan elmində yox, keçmiş Sovet İttifaqı miqyasında da nadir hadisələrdən biri idi. Onun tədqiqat sahəsi təkcə filologiya elmini yox, həm də ədəbiyyatşünaslığı əhatə edirdi. Ağamusa müəllim Azərbaycanda linqvistik poetikanın yaradıcısıdır. O, təkcə alim kimi yox, elmi təşkilatçı kimi də böyük məktəb yaradıb. Onun elmi yaradıcılığını tələbələri, yetirmələri olan gənc alimlər bu gün yaşadır və davam etdirirlər”.

Daha sonra Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Türk Dil Qurumunun rəhbəri Mustafa Kaçalin, Qazaxıstan Milli Elmlər Akademiyasının Dilçilk İnstitutunun direktoru Yeren Kajıbekov, xalq yazıçısı Anar və başqaları çıxış edərək A.Axundovun elmi fəaliyyətindən danışıblar.

Konfransa aprelin 25-də yekun vurulacaq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR