"ASAN xidmət”də iki gün iş olmayacaq

"ASAN xidmət”də iki gün iş olmayacaq
# 16 iyul 2015 10:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. "ASAN xidmət” də iki gün qeyri-iş günü olacaq. “ASAN xidmət”-dən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində Ramazan bayramı ilə əlaqədar 17-18 iyul tarixlərində qeyri-iş günüdür.

Məlumatda bildirilir ki, 19 iyul tarixindən etibarən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR