Qərargah rəisi: "Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub, xəsarət alan yoxdur"

Qərargah rəisi: "Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub, xəsarət alan yoxdur"
# 14 dekabr 2019 19:06 (UTC +04:00)

“3-cü mikrorayon bazarı"nda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən maşını cəlb olunub. Yanğın bazarın bir hissəsini əhatə edib”.

APA-nın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır.

Hadisə yerinə 5 təcili yardım maşını cəlb olunub, xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR