Göytəpədə bıçaqlanma baş verib

Göytəpədə bıçaqlanma baş verib
# 08 noyabr 2017 07:07 (UTC +04:00)

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.

Göytəpə şəhər sakini Namiq Bəxtiyar oğlu İmanov mübahisə zəminində həmyerlisi Siyasət Baba oğlu Əhmədova çoxsaylı bıçaq xəsarətləri yetirib. S. Əhmədov yaxınlıqdakı insanlar tərəfindən xəstəxanaya çatdırılıb.

Əməliyyata alınan S. Əhmədovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR