Saatlıda polis əməkdaşı bıçaqlanıb

Saatlıda polis əməkdaşı bıçaqlanıb
# 21 yanvar 2018 17:01 (UTC +04:00)

Bu gün Saatlı rayon Polis Şöbəsinin əməkdaşı bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, polis çavuşu 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu bıçaqlanıb.

Ə. Eynullayev ön qarın divarının daxilə nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilib, əməliyyata götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Polis çavuşunu bıçaqlayan Saatlı rayon sakininin saxlanılması istiqamətində əməliyyat həyata keçirilir.

Saatlı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR