Macarıstan Azərbaycanla oyun üçün heyətini açıqlayıb

Macarıstan Azərbaycanla oyun üçün heyətini açıqlayıb
# 07 sentyabr 2017 13:06 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Macarıstan millisinin yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanda keçiriləcək Avro-2017 üçün 13 oyunçu sifariş edilib.

Millimizin rəqibi “Azəryol”la “Azərreyl” klublarında çıxış etmiş və sonuncularla Super Liqanın ikincisi olmuş Edina Dobini də ölkəmizə gətirəcək.

Macarlar sentyabrın 20-də Bakıda olacaqlar.

Macarıstanın heyəti

Toppaylayıcılar: Reka Bleyçer, Jujanna Talas

Liberolar: Renata Şpin, Fruşina Tot

Blokçular: Edina Dobi, Eçter Naqi, Viktoriya Naqi

Hücumçular: Bernadett Dekani, Rita Liliom, Nikolett Sus, Qreta Szakmari, Kata Török, Lilla Villam

Qeyd edək ki, Macarıstan millisi sentyabrın 22-də start götürəcək Avro-2017-də Azərbaycan, Almaniya və Polşa ilə birgə A qrupunda yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR