Azərbaycanla Ukrayna dəniz nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanla Ukrayna dəniz nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir
# 28 dekabr 2016 13:17 (UTC +04:00)

Azərbaycanın və Ukraynanın Prezidentlər Şurasının V iclasının protokolunun və Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyasının XXI iclas protokolunun icrasının təmin edilməsi ilə əlaqədar Odessa şəhərində Ukraynanın İnfrastruktur Nazirliyinin əməkdaşları ilə işçi görüş keçirilib.


Azərbaycan Dövlət Dəniz Administrasiyasından (ARDDA) "APA-Economics"ə verilən məlumata görə, işçi görüşdə hər iki ölkə arasında dəniz nəqliyyatının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanaraq Dövlət Dəniz Administrasiyasının fəaliyyət istiqamətləri, vəzifələri və səlahiyyətləri barədə Ukrayna tərəfinə ətraflı məlumat verilib.

Görüşdə dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilməsi üçün dövlət bayraq və liman nəzarəti, gəmilərin hərəkətinin idarəetmə xidmətinin fəaliyyəti, dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində tariflərin tətbiq edilməsi, dəniz hidrotexniki qurğularının qeydiyyatı, dənizdə gəmilərin uzaq məsafədən tanınması və izlənməsi, keyfiyyətə nəzarət sisteminin tətbiqi, fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlərin təkmilləşdirilməsi, təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə razılıq verilməsi və onların işinə nəzarət edilməsi, Ukraynada dəniz axtarış xilasetmə koordinasiya fəaliyyəti və hüquqi aspektləri sahəsində müzakirələr aparılaraq, təcrübə mübadiləsinin perspektivləri nəzərdən keçirilib.

Görüş dəniz nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və uğurla davam etdirilməsi üçün qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində hər iki qurum arasında təcrübə mübadiləsinin aparılması, ikitərəfli işçi qaydada məsləhətləşmələrin davam etdirilməsi və növbəti işçi görüşün Bakı şəhərində həyata keçirilməsinin mümkünlüyü barədə müzakirələrlə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR