Prinston Universitetinin nümayəndəsi: "Azərbaycan bu gün və yüz il əvvəl nail olduqları ilə fəxr edə bilər”

Prinston Universitetinin nümayəndəsi: "Azərbaycan bu gün və yüz il əvvəl nail olduqları ilə fəxr edə bilər”
# 25 may 2018 09:09 (UTC +04:00)

ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilir.

APA-nın xəbərinə görə, tədbirdə xarici İşlər naziri Elmar Məmmədyarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, ABŞ-ın Prinston, Corctaun universitetlərinin, Türkiyənin Ortadoğu Texniki Universitetinin, İsveçin Sabitlik və İnkişaf Siyasəti üzrə İnstitutunun nümayəndələri və bir çox xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edib.

Açılış nitqi ilə çıxış edən ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, birinci demokratik respublika çox da uzun sürməsə də, ən mühümü bizə qalan mirasdır.

ABŞ-ın Prinston Universitetinin nümayəndəsi Svante Karnel deyib ki, bu gün çox çətin, mürəkkəb dünyada yaşamaq Azərbaycan dövlətçiliyinə risk yarada bilər: “Ancaq Azərbaycan bu gün və yüz il əvvəl nail olduqları ilə fəxr edə bilər”.

ODTÜ, İsveç Sabitlik və İnkişaf Siyasəti üzrə İnstitutunun nümayəndələri də 25 il ərzində Azərbaycanın öz müstəqilliyini qoruduğunu, ölkənin müstəqilliyinin ilbəil möhkəmləndiyini söyləyiblər.


Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 2 il yaşamasının səbəblərindən biri həmin dövrdə Qərb ölkələrinin bu regionu Rusiyanın nüfuz bölgəsi kimi tanıması idi.

Daha sonra məruzələr dinlənilib.

Konfrans panellərlə davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR