Cəlilabadda piyadanı maşın vuraraq öldürüb

Cəlilabadda piyadanı maşın vuraraq öldürüb
# 12 dekabr 2017 09:39 (UTC +04:00)

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 11-də saat 04:00 radələrində Cəlilabad şəhəri ərazisində Yeddioymaq kənd sakini Sirac Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Göytəpə şəhər sakini Natiq Nəzərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR