Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədə təbii artım kəskin azalıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədə təbii artım kəskin azalıb
# 15 sentyabr 2017 12:43 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində təbii artımın kəskin azalması qeydə alınıb.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bölgədə əhalinin təbii artımı 336 nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə (ötən il təbii artım 812 nəfər olub) 58,6 % azdır.

Hesabat dövründə Kvemo Kartli bölgəsinin digər əsas demoqrafik göstəricilərinə gəlincə, yanvar-iyun aylarında yeni doğulanların sayı 2 681 nəfər, ölənlərin sayı 2 345 nəfər, nikah və boşanmaların sayı isə müvafiq olaraq 1 213 və 510 fakt təşkil edib.

Qeyd edək ki, Gürcüstanda 2014-ci ildə aparılmış əhalinin son siyahıya alınmasına əsasən, Kvemo Kartli bölgəsində 423 986 nəfər əhali yaşayır.

Əhalinin 177 032 nəfəri azərbaycanlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR