Cənub bölgəsində güclü küləyin fəsadları aradan qaldırılır

Cənub bölgəsində güclü küləyin fəsadları aradan qaldırılır
# 15 aprel 2017 09:14 (UTC +04:00)

Cənub bölgəsində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır.

Cənub bölgəsində külək yaşayış evlərinə, elektrik və rabitə təsərrüfatına ciddi ziyan vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallıda irigövdəli ağaclar kökündən çıxaraq, yola aşıb. Aidiyyəti qurumlar Masallı-Boradigah şosesinin Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində yolu ağaclardan təmizləyib, nəqliyyatın hərəkəti bərpa olunub.

Rayonda bir neçə hasar və bir yarımtikili uçub. Bu gecə yalnız Masallının mərkəzinin elektrik enerjisi ilə təchizatı mümkün olub. Rayonun 80 faizinə elektrik enerjisi bu gün səhər saatlarında verilib.

Yardımlıda isə bir neçə yaşayış evinin dam örtüyünə ziyan dəyib, elektrik dirəkləri aşıb.


Hazırda bölgədə külək səngiyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR