Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədə seçici fəallığı müşahidə olunur

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədə seçici fəallığı müşahidə olunur
# 21 oktyabr 2017 11:39 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində seçicilərin fəallığı müşahidə olunur.

APA-nın yerli bürosunun Gürcüstanın Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi xəbərə görə, saat 12:00-dək bölgə üzrə 62 313 seçici səs verib. Seçici fəallığı 15,9 faizdir.

Bölgənin Marneuli rayonunda seçici fəallığı 15,2 faiz, Qardabani rayonunda 13,5%, Bolnisi rayonunda 17,3 faiz, Dmanisi rayonunda isə 22,7 faiz təşkil edib.

Saat 12.00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığı 16,5 faizdir.

Qeyd edək ki, bu gün Gürcüstnada yerli idarəetmə orqanlarına seçkilər keçirilir. Seçicilər 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR