Vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilən keçmiş polis rəisinə bəraət istəyib

Vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilən keçmiş polis rəisinə bəraət istəyib
# 18 may 2018 12:46 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun dələduzluqda təqsirləndirilən sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə F. Məmmədxanovun vəkili İlham Əsədov müdafiə çıxışı edib. O, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib: "Bunlar ailəvi dostdurlar və uzun müddət birgə kommersiya işi görüblər. 143 min manat məbləğində ziyan hələ istintaq dövründə tam ödənilib".

F. Məmmədxanov son sözə hazır olmadığını bildirib.

Buna görə proses mayın 23-dək təxirə salınıb.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 800 min manatı mənimsəmədə, bundan başqa mağazadan bahalı telefon kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR