Goranboyda avtomobil aşıb, 3 nəfər xəsarət alıb - FOTO

Goranboyda avtomobil aşıb, 3 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO
# 08 oktyabr 2017 08:49 (UTC +04:00)

Goranboyda yol qəzası baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Qızılhacılı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 1-i qadın, 2-i kişi olmaqla, 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR