DGK külli miqdarda siqaret müsadirə edib

DGK külli  miqdarda siqaret müsadirə edib
# 05 aprel 2017 10:12 (UTC +04:00)

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsi barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes 190" markalı, minik avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin ərazisində saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobildən 8360 ədəd aksiz markasız xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR