Milli Məclisin deputatı ATƏT-in Nazirlər Şurasının toplantısında iştirak edəcək

Milli Məclisin deputatı ATƏT-in Nazirlər Şurasının toplantısında iştirak edəcək
# 04 dekabr 2017 15:27 (UTC +04:00)

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və 24-cü toplantısında iştirak etmək üçün dekabrın 5-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək. Parlamentdən APA-ya verilən məlumata görə, büroda ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə aid məsələlər, digər aktual mövzular müzakirə olunacaq.

Nazirlər Şurasının 24-cü iclasında bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Azay Quliyev gündəlikdə olan məsələlərə münasibət bildirəcək, cari ilin oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərinə dair ATƏT-in seçki müşahidə missiyasının rəyi haqqında məlumat verəcək. Səfər dekabrın 8-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR