Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək

Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək
# 23 iyul 2017 03:52 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu gün Fars körfəzinin üç ölkəsinə - Səudiyyə Ərəbistanı, Qətər və Küveytə turnesi başlayır. APA-nın xəbərinə görə, Ərdoğanın Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz Əl Səud, Küveyt əmiri şeyx Sabah Əl Əhməd Əl Cabir Əs-Sabah və Qətər əmiri şeyx Tamim bin Həməd Əl Tani ilə danışıqlar aparacağı gözlənilir.

Ərdoğanın ikigünlük səfərinin əsas məqsədi Qətər ətrafındakı böhranla əlaqəli ölkələr arasında dialoqu bərpa etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR