Oğuzda meşədən oğurluq edən şəxslər tutulub

Oğuzda meşədən oğurluq edən şəxslər tutulub
# 12 aprel 2018 08:52 (UTC +04:00)

Oğuzda meşədən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, aprelin 9-da Oğuz rayon meşə mühafizə və bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd meşəbəyliyinin ərazisindən ağac materialının oğurlandığını bildiriblər.

RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Muxas kənd sakinləri Taleh Məhərrəmov və Xəyal İmamverdiyev saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Onlar ifadələrində mart ayının 18-də həmin ərazidən 1590 manat dəyərində 16 kub meşə materialını oğurlayıb, Şəkinin Oravan kəndi ərazisində satdıqlarını etiraf ediblər.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR