Bakı-Novorossiysk kəməri ilə neft nəqli dayandırılıb

Bakı-Novorossiysk kəməri ilə neft nəqli dayandırılıb
# 10 aprel 2018 12:48 (UTC +04:00)

Azərbaycanın Siyəzən qəbul-çatdırılma məntəqəsindən Dağıstanın Samur qəbul çatdırılma məntəqəsi istiqamətində Bakı-Novorossiysk neft boru kəməri ilə neftin göndərilməsi texniki səbəblərdən dayandırılıb.

APA-Economics”in “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Transneft” şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.

Bundan başqa, o əlavə edib ki, Mahaçqala limanı istisna olmaqla, bütün limanlarda iş üçün yararlı hava mövcuddur və gecikən tankerlər yoxdur: “Bu gün axşam siklon və fırtına gözlənilməsi səbəbindən Kozmino limanında tankerlərin boşaldılması qrafikində qabaqlama işləri aparılıb. Bu gün dünən Bakı vaxtı ilə saat 18:10-dan başlayaraq fırtınalı hava mövcuddur”.

Onun məlumatına görə, sistemə neftin qəbulu məhdudiyyətsiz aparılır. Marisyk neft emalı zavodu üçün neftin tədarükü ilə bağlı məhdudiyyət tətbiq edilib. İ. Demin bildirib ki, buna səbəb marşrut təlimatlarının olmamasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR