Nazir: "Magistraturalara sənəd verənlər azalıb, qəbul olunanlar isə artıb"

Nazir: "Magistraturalara sənəd verənlər azalıb, qəbul olunanlar isə artıb"
# 07 iyul 2017 09:33 (UTC +04:00)

“Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalıb”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ilk magistrlərinin “Məzun günü”ndə çıxışı zamanı deyib.

Nazir bildirib ki, magistratura pilləsinə sənəd verənlərin sayı azalsa da, qəbul olunanların sayı 34 faiz artıb.

M. Cabbarov magistratura pilləsində təhsil almaq istəyən oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinin elmə dəstək olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR