ABŞ-da avtomagistralda 60 maşın toqquşub

ABŞ-da avtomagistralda 60 maşın toqquşub
# 09 mart 2018 20:17 (UTC +04:00)

ABŞ-ın Miçiqan ştatında avtomagistralda 60-a yaxın nəqliyyat vasitəsi toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alanlar var, 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qəzaya güclü qar və yolun buz bağlaması səbəb olub. Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR