Təbii qazla təmin olunmayan məcburi köçkünlərə 50,5 milyon manat ayrılıb

Təbii qazla təmin olunmayan məcburi köçkünlərə 50,5 milyon manat ayrılıb
# 20 oktyabr 2017 12:46 (UTC +04:00)

Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ayrılan vəsait artırılır.

APA-nın xəbərinə görə, bu, 2018-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Gələn ilin dövlət büdcəsinin layihəsində 245 milyon manat (əvvəlki illə müqayisədə 50,5 milyon manat və ya 26 faiz çox ) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsi ilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin, o cümlədən məcburi köçkünlərin məskunlaşdıqları 850-dən çox tikintinin cari təmirinin, istifadə etdikləri elektrik enerjisi, su və kanalizasiya haqqı xidmətlərinin, mövsümdən asılı olaraq təbii qazın və istilik enerjisinin dəyərinin ödənilməsinin və onlara verilən müavinətlərin maliyyələşdirilməsinə, 4,9 milyon manat isə sosial təminat sahəsində layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulub.

Qaçqın və məcburi köçkünlər üçün kommunal ödənişlərə görə vahid müavinətin müəyyən edilməsi ilə bağlı fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər üçün müəyyən edilən istehlak normalarının və limitlərin tətbiqinə növbəti ilin büdcəsində 50,5 milyon manat vəsait proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR