Samux rayon sakini ağır bədən xəsarətləri alıb

Samux rayon sakini ağır bədən xəsarətləri alıb
# 18 dekabr 2016 22:03 (UTC +04:00)

Samux rayon sakini bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Çobanabdallı kənd sakini, 1988-ci il təvəllüdlü Elsevər Məhərrəmov sol bazunun və bel nahiyyəsinin kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. E.Məhərrəmov yıxılıb xəsarət aldığını desə də, onun bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı Samux rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR