Gürcüstanda 7 yaşlı azərbaycanlı uşaq su kanalında boğulub

Gürcüstanda 7 yaşlı azərbaycanlı uşaq su kanalında boğulub
# 16 iyul 2018 10:11 (UTC +04:00)

Ötən gün Gürcüstanın Marneuli rayonunun Kirovka kəndində 7 yaşlı azərbaycanlı uşaq suvarma kanalında boğularaq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, kənddə nənə-babasının yanında qalan uşaq su kanalının kənarında oynayıb.

Uşağın bir neçə saat evə qayıtmadığından narahat olan kənd sakinləri onu kanalda ölmüş vəziyyətdə tapıblar. Doğmalarının dediyinə görə, eyni faciə ötən il də baş verib və o vaxtdan müvafiq qurumlara müraciətlərə baxmayaraq, kanalın yaxınlığında heç bir təhlükəsizlik tədbiri görülməyib.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR