Rusiyanın “Todes” baleti Avropa Oyunları münasibəti ilə Bakıda konsert proqramı təqdim edib

Rusiyanın “Todes” baleti Avropa Oyunları münasibəti ilə Bakıda konsert proqramı təqdim edib
# 23 iyun 2015 09:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiyanın tanınmış “Todes” rəqs kollektivi Heydər Əliyev Sarayında “Attention” (“Diqqət”) adlı şou balet konsertini təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, I Avropa Oyunlarına həsr olunan konsertdə fərdi və kollektiv rəqslər təqdim olunub. 1986-cı ildə xoreoqraf Alla Duxovanın bədii rəhbərliyi ilə yaradılan kollektiv hazırda balet, brek-dans, hip-hop və caz kimi müxtəlif xoreoqrafiya üslublarının sintezindən ibarət 60-dan çox rəqqasın yer aldığı qrupdur.

“Todes” təkcə MDB-də deyil, həmçinin Avropa və dünyanın müxtəlif ölkələrində ən yaxşı rəqs kollektivlərindən biri kimi məşhurdur. Kollektivi “Rəqs imperiyası” da adlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR