AZAL ilin əvvəlindən 625 min sərnişinə xidmət edib

AZAL ilin əvvəlindən 625 min sərnişinə xidmət edib
# 13 iyun 2015 08:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda hava nəqliyyatı ilə 627,6 min və ya ötən ilin analoji dövrü ilə müqayisədə 3% çox sərnişin daşınıb.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, sərnişindaşımanın 99,6%-i (təxminən 625 min nəfəri) dövlət (AZAL), 0,4%-i (2 600 nəfəri) isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.

Bu nəqliyyat növü ilə yükdaşıma 15,9% artaraq 49,6 min tona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR