Tiflisdə yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Tiflisdə yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb  - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">VİDEO
# 14 iyul 2015 22:02 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tapılan sakin hadisənin baş verdiyi binanın ikinci mərtəbəsində yaşayıb.

Xatırladaq ki, iyulun 14-də Tiflisin Qldani massivinin 6-cı mikrorayonunda yaşayış binasının ikinci korpusunda baş vermiş güclü partlayış nəticəsində 5 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb. Hazırda həkimlər iki nəfərin həyatını xilas etmək üçün əllərindən gələni edirlər.

Tiflis şəhər fövqəladə hallar departamentinin direktoru Zviad Katsaşvili jurnalistlərə açıqlamasında xilasedicilərin səhərədək axtarışı davam etdirəcəklərini bildirib: "Partlayış iki dəfə olub və yaşayış binasına ciddi zərər dəyib. Bizim gecə vaxtı işləmək üçün işıqlandırma sistemimiz var və birinci mərtəbədən 4-cü mərtəbəyədək işıqda işləmək imkanımız olacaq”.

Xatırladaq ki, hadisə ilə bağlı Gürcüstan CM-nin 240-cı (təhlükəsizlik qaydalarına əməl etməmək) maddəsinə əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır

***

23:29

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisin Qldani massivinin 6-cı rayonunda, yaşayış binasının ikinci korpusunda güclü partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflis şəhər meri David Narimaniya hadisə yerində jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, qaz sızmasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb və 8 nəfər zərər çəkib.

Hadisə yerində Tiflis fövqəladə hallar departamentinin xilasediciləri çalışırlar.

Xatırladaq ki, hadisə ilə bağlı Gürcüstan CM-nin 240-cı (təhlükəsizlik qaydalarına əməl etməmək) maddəsinə əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır.

***

20:15

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisin Qldani massivinin 6-cı rayonunda? yaşayış binasının ikinci korpusunda güclü partlayış baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ilkin versiyada bildirilib ki, partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində 2 nəfər, bir qadın və bir kişi ölüb, 3 nəfər isə yaralanıb. Yaralanan sakinlər xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 5-ci mərtəbənin 3 divarı uçub, həmçinin qonşu binadakı evlərin şüşələri qırılıb. Hadisə yerinə Tiflis şəhər meri David Narimaniya, baş nazirin birinci müavini Kaxa Kaladze və rayon icra hakimiyyətinin rəhbəri gəlib.

Hadisə yerində xilasetmə işləri həyata keçirilir.

Gürcüstan DİN mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan CM-nin 240-cı (təhlükəsizlik qaydalarına əməl etməmək) maddəsinə əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR