İsrail səfiri Azərbaycanın şimal-qərb bölgəsində olub

İsrail səfiri Azərbaycanın şimal-qərb bölgəsində olub
# 27 iyul 2018 09:22 (UTC +04:00)

İsrailin Azərbaycandakı səfiri Dan Stav şimal-qərb bölgəsində səfərdə olub.

Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən bildirilib. Məlumata görə, Balakən, Zaqatala, Qax rayonlarına 3 günlük səfərin məqsədi bölgələrin iqtisadi gündəmi ilə daha yaxından tanış olmaq və İsrailin özəl sektoru və bu bölgələr arasında artıq mövcud olan əlaqələri inkişaf etdirmək olub.

Səfir bölgələrdəki inkişaf və artan iqtisadi fəaliyyət, xüsusən də qida sənayesi, zəngin çoxmədəniyyətli irsin qorunması və müxtəlif etnik və dini icmaların sülh şəraitində yaşamasına dair görülən işləri yükəsk qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR