Bank Of Baku

Stoltenberq Rusiya-NATO Şurasının yeni iclasını keçirmək istəyir

NATO-nun Baş katibi Yens Stoltenberq

© APA | NATO-nun Baş katibi Yens Stoltenberq

# 20 fevral 2022 21:59 (UTC +04:00)

NATO Ukrayna ətrafında davam edən böhranın həlli üçün istənilən diplomatik səyləri dəstəkləyir.

APA xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq CBS telekanalına müsahibəsində bildirib. Təşkilat sədrinin sözlərinə görə, əsas vəzifə hərbi münaqişənin qarşısını almaqdır.

"İlk növbədə, Ukraynaya qarşı yeni silahlı hücumun qarşısını almaq vacibdir. Bu səbəbdən biz NATO müttəfiqlərinin siyasi həll yolu tapmaq üçün göstərdiyi bütün səyləri dəstəkləyirik", - deyə Baş katib bildirib.

Yens Stoltenberq əlavə edib ki, bu məqsədlə alyans həm də Rusiya-NATO Şurasının yeni iclasını keçirməyə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR