"PAŞA Bank" ötən ili 48,3 mln. manat mənfəətlə başa vurub

"PAŞA Bank" ötən ili 48,3 mln. manat mənfəətlə başa vurub
# 19 yanvar 2017 13:00 (UTC +04:00)

"PAŞA Bank" ASC ötən il aktivlərini 37,9% artıraraq 3 mlrd. 138 mln. 773 min manata çatdırıb. "APA-Economics" xəbər verir ki, bu barədə bankın açıqladığı balans hesabatında deyilir.

Hesabat dövründə bankın kredit portfeli 3,54% azalaraq 870,171 mln. manata çatıb.

Cari ilin yanvarın 1-ə bankın cəmi öhdəlikləri 2,736 mlrd. manat təşkil edib ki, bu da il ərzində 42%-lik artımdan xəbər verir. Bankın depozit portfeli 73,4% artaraq 2,382 mlrd. manata çatıb.

İl ərzində "PAŞA Bank"ın nizamnamə kapitalı dəyişməyərək 333 mln. manat olub. Buna baxmayaraq, bankın məcmu kapitalı 6,95% azalaraq 402,364 mln. manata enib.

"PAŞA Bank" ötən ili 48,299 mln. manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR