Tramp ABŞ-ın üçüncü dünya müharibəsindən xilas edilməli olduğunu deyib

Tramp ABŞ-ın üçüncü dünya müharibəsindən xilas edilməli olduğunu deyib
# 16 iyun 2024 01:14 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp əmindir ki, Birləşmiş Ştatlar yeni qlobal silahlı münaqişəyə cəlb olunmaq riski ilə qarşı-qarşıyadır.

APA xəbər verir ki, Tramp Miçiqan ştatının Detroit şəhərində xalqın qarşısında çıxışı zamanı "Bizim etməli olduğumuz ən vacib şey ölkəmizi xilas etməkdir, çünki ölkəmiz problem içindədir. Üçüncü dünya müharibəsinin başlamaq ehtimalı var" deyib.

Bundan əvvəl Tramp Impaulsive YouTube kanalına müsahibəsində bildirmişdi ki, 2016-cı ildə prezident seçkilərində o deyil sabiq dövlət katibi Hillari Klinton seçilsəydi ABŞ Şimali Koreya ilə nüvə münaqişəsinə cəlb olunacaqdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR