ABŞ administrasiyası "Apple" şirkətinin Çindən yaddaş çipləri almasına qarşı çıxır.
Bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik "The Wall Street Journal"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, süni intellekt üçün məlumat mərkəzləri yaradan şirkətlərin yaddaşa artan tələbatı bu komponentin çatışmazlığına və qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.
Məlumata görə, tədarük problemini azaltmaq üçün "Apple" Çin istehsalçılarına müraciət edir.
ABŞ administrasiyasının mövqeyinə baxmayaraq, şirkətin bu planı həyata keçirə biləcəyi bildirilir.