Tramp administrasiyasının məmurları bahalı hədiyyələri mənimsəməkdə şübhəli bilinirlər

Tramp administrasiyasının məmurları bahalı hədiyyələri mənimsəməkdə şübhəli bilinirlər
# 13 oktyabr 2021 07:58 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin baş müfəttişi keçmiş prezident Donald Tramp administrasiyasındakı vəzifəli şəxslərin əcnəbilər üçün nəzərdə tutulmuş bahalı hədiyyələri mənimsədiyindən şübhələnir.

APA xəbər verir ki, bu barədə “NBCNews” telekanalı məlumat yayıb.

“Baş Müfəttişlik İdarəsi sabiq prezident Trampın siyasi təyinatlılarının yanvar ayında Dövlət Departamentinin anbarındakı hədiyyələri evə aparıb-aparmadığını araşdırır”, - deyə telekanal xəbər verib.

Mənbənin bildirdiyinə görə, yoxa çıxan hədiyyələr “əhəmiyyətli dərəcədə dəyər”ə malikdir.

Telekanalın məlumatına görə, Amerika mətbuatı bir müddət əvvəl G7-nin 2020-ci il sammitində xarici nümayəndə heyətləri üçün olan hədiyyələrin yoxa çıxmasından yazmışdı. Sammit pandemiya səbəbindən ləğv edilsə də, burada prezidentin möhürü və ya birinci cütlüyün imzaları olan dəri çantalar, qalay qablar və mərmər qutuların təqdim edilməsi planlaşdırılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR